Bu Üzvlük Müqaviləsi www.alyalina.az elektron ticarət platformasında qeydiyyat edən və platformadan istifadə edən hər bir şəxs (bundan sonra “Üzv” və ya “İstifadəçi”) ilə
“NIGELLA ALYALINA” MMC (bundan sonra “Şirkət”) arasında bağlanır.
Sayt üzərindən qeydiyyat edən və ya istifadə edən bütün şəxslər bu müqavilənin şərtlərini qəbul etmiş sayılır.
Şirkət (Satıcı / Xidmət göstərən):
“NIGELLA ALYALINA” MMC
VÖEN: 1703784091
Ünvan: Bakı şəhəri, Kövkəb Səfərəliyeva 16 D
Telefon: +994 10 230 00 67
E-mail: [email protected]
Üzv (İstifadəçi):
Saytda qeydiyyat zamanı təqdim edilən şəxsi məlumatlar əsasında müəyyən edilir.
2.1. Üzvlük ödənişsizdir və qeydiyyat forması doldurulduqdan sonra aktivləşdirilir.
2.2. Üzv qeydiyyat zamanı doğru, tam və aktuallığı təsdiq olunmuş məlumatları təqdim etməyə razıdır.
2.3. Yanlış və ya saxta məlumat təqdim edildiyi aşkar edilərsə, Şirkət üzvlüyü dayandırmaq və ya ləğv etmək hüququna malikdir.
2.4. Üzvün hesabı fərdi istifadə üçündür və başqasına ötürülə bilməz.
Üzv aşağıdakı hüquqlara malikdir:
Saytda mövcud məhsullar haqqında məlumat əldə etmək
Sifariş yaratmaq və ödəmə etmək
Şəxsi məlumatlarının silinməsi, dəyişdirilməsi və ya yenilənməsini tələb etmək
Qaytarılma və dəyişdirmə şərtlərindən istifadə etmək
Şirkət tərəfindən təqdim edilən kampaniyalardan və endirimlərdən yararlanmaq
Üzv aşağıdakı öhdəlikləri qəbul edir:
4.1. Saytdan yalnız qanuni məqsədlər üçün istifadə etmək.
4.2. Başqa şəxslərin hüquqlarını pozan hərəkətlər etməmək.
4.3. Hesab məlumatlarım gizli saxlamaq və üçüncü şəxslərlə paylaşmamaq.
4.4. Sifariş zamanı düzgün ünvan və əlaqə məlumatı təqdim etmək.
4.5. Saytdakı məzmun, şəkillər və məlumatların müəllif hüquqları qorunduğunu qəbul etmək.
Şirkət aşağıdakı hüquqlara malikdir:
5.1. Üzvlüyü dayandırmaq və ya ləğv etmək (xüsusən yanlış məlumat, sui-istifadə və ya qayda pozuntusu zamanı).
5.2. Saytın funksiyalarında dəyişiklik etmək və yeniliklər tətbiq etmək.
5.3. Kampaniyaları dəyişmək və ya ləğv etmək.
5.4. Zəruri hallarda üzvlərlə əlaqə saxlamaq.
6.1. Üzvlərin şəxsi məlumatlarını qorumaq və üçüncü tərəflərə ötürməmək (qanuni tələb olmadığı halda).
6.2. Ödənişlərin təhlükəsiz şəkildə emal olunmasını təmin etmək.
6.3. Sifarişlərin vaxtında və düzgün şəkildə təhvil verilməsini təmin etmək.
6.4. Müştəri müraciətlərinə vaxtında cavab vermək.
7.1. Üzvün təqdim etdiyi məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunur.
7.2. Məlumatlar yalnız sifarişlərin icrası və xidmətin yaxşılaşdırılması məqsədi ilə istifadə edilir.
7.3. Kart məlumatları sayt tərəfindən saxlanılmır, ödəniş beynəlxalq təhlükəsizlik standartlarına uyğun aparılır.
7.4. Üzv məlumatlarının silinməsi üçün Şirkətə müraciət edə bilər.
8.1. Üzv daxilolma məlumatlarını qorumağa məsuldur.
8.2. Hesab məlumatlarının üçüncü şəxs tərəfindən istifadəsindən doğan nəticələrə görə Şirkət məsuliyyət daşımır.
8.3. Şübhəli giriş və ya təhlükə aşkarlanarsa, Üzv dərhal Şirkətə məlumat verməlidir.
9.1. Şirkət istifadəçinin internet bağlantısı, cihaz problemi, texniki nasazlıq və ya təchizatçı gecikmələrindən yaranan problemlərə görə məsuliyyət daşımır.
9.2. Şirkət yalnız təqdim etdiyi məhsullar və xidmətlər çərçivəsində məsuliyyət daşıyır.
9.3. Force-major halları zamanı gecikmələr və problemlər Şirkətin məsuliyyətindən kənardır.
10.1. Münasibətlərdə yaranan anlaşılmazlıqlar ilkin olaraq qarşılıqlı danışıqlar yolu ilə həll edilir.
10.2. Razılaşma əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll olunacaq.
11.1. Üzv saytda qeydiyyatı tamamladığı andan etibarən bu müqavilənin bütün şərtlərini qəbul etmiş sayılır.
11.2. Müqavilə müddətsizdir və Şirkət tərəfindən yenilənə, dəyişdirilə və ya genişləndirilə bilər.
11.3. Dəyişikliklər sayt üzərində dərc edildiyi andan qüvvəyə minir.
Şirkət:
“NIGELLA ALYALINA” MMC
VÖEN: 1703784091
Ünvan: Bakı şəhəri, Kövkəb Səfərəliyeva 16 D
Telefon: +994 10 230 00 67
E-mail: [email protected]